Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.
APA-nın xəbərinə görə, yaralı xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır.
O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
00:49
Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Sabunçu qəsəbəsində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ailə münaqişəsi zamanı gənc qız bıçaq xəsarəti alıb - YENİLƏNİB
.jpg)