Kulis.az müğənni Elmira Ələkbərzadə haqqında maraqlı faktları təqdim edir.
Elmira Çingiz qızı Ələkbərzadə 10 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası yazıçı Çingiz Ələkbərzadə Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğlu olub.
Uşaqlıqdan yaradıcı mühitdə doğulan Elmira Ələkbərzadə hələ balaca olanda, bacısı Sevda Ələkbərzadə ilə birlikdə atasının “Vulkan” əsərindən səhnələr seçib, evdə kiçik səhnəciklər qurublar.
Elmiranın ailəsi bir müddət “Baksovet”də babasıgillə eyni məhəllədə yerləşən evlərində yaşasa da, sonradan atasının işi ilə əlaqədar İsmayıllıya köçməli olub.
Ancaq tale elə gətirib ki, televiziyada müxbir kimi fəaliyyət göstərən Elmiranın atası Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub. Bu hadisə onun həyatında dərin iz buraxıb. Müsahibələrinin birində o deyib:
“Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı. Şamaxıdan zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını burub apardılar. Stula asılan pencəyinin ön cibinə salfetə bükülən 400 rubl pul qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.
Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından 30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı 400 rubla görə rüşvət adı ilə şərləyərək həbs etmələri gülünc idi. Bunun sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt heç kim öz fikrini deyə bilməzdi. Məhkəməyə o qədər saxta şahidlər gətirmişdilər ki, heç birinin sözü üst-üstə düşmürdü. Həbsxana atam üçün deyildi. Atamın həbsindən sonra nənəm Şövkət xanım vəfat etdi. Nənəm bu ayrılığa dözmədi, Çingiz deyə-deyə
Atasını şərləyib həbs etdilər, günlərlə ac qaldı - Emma Ələkbərzadə haqqında maraqlı faktlar - FOTO
