Ağdam təmsilçisi “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Carci.Tv-nin məlumatına görə, Qurban Qurbanovun yetirmələri G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaqlar. “Georgios Karaiskakis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransa “Nant”ını qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
6 oktyabr
23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)
Pirey, “Georgios Karaiskakis”
Xal durumu: “Frayburq” - 6, “Qarabağ” - 3, “Nant” - 3, “Olimpiakos” - 0.
Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”la qarşılaşacaq

İdman

Laçın-Xankəndi yolu: Ötən gün 91 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib

Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCA
