Avropa Liqası: “Qarabağ” bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: “Qarabağ” bu gün pley-offa vəsiqəni təmin edə bilər
# 27.10.2022 09:03
# 12

Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşacaq. “Bojuar” stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Hazırda “köhlən atlar” 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.

Bu qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka)

Nant, “Bojuar” stadionu

Xal durumu: “Frayburq” – 12, “Qarabağ” – 7, “Nant” – 3, “Olimpiakos” - 1.

#