Azad olunmuş ərazilərdəki məktəblər üçün 1000 ədəd kompüter ianə edildi

Azad olunmuş ərazilərdəki məktəblər üçün 1000 ədəd kompüter ianə edildi
# 14.07.2022 11:11
# 124

İyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” QSC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” QSC-nin Müşahidə Şurasının sədri Rauf Həsənov, Baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib.

Qeyd edilib ki, imzalanmış sənədə əsasən “BestComp Group” şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.

Muxtar Məmmədov işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi çərçivəsində qurulacaq şəhər və kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir İT infrastrukturunun qurulması məsələsinə toxunub.

“BestComp Group” QSC-nin baş direktoru Fərid Həsənov da öz növbəsində təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərində təkliflərini irəli sürüb.

#