Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək artacaq

Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək artacaq
# 14.07.2022 13:58
# 78

İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40, bəzi yerlərdə 42-43, dağlarda 30-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qərb küləyi arabir 15-18 m/s, iyulun 14-ü axşamdan 16-sı səhərədək və iyulun 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

#