Azərbaycanda qızıl mağazasında BIÇAQLANMA

Azərbaycanda qızıl mağazasında BIÇAQLANMA
# 15.10.2022 14:41
# 69

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, mübahisə zamanı 23 yaşlı Ağdam rayon sakini Orxan Cəfərov 39 yaşlı Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib.

Məlumata görə, Orxan Cəfərov bir neçə gün əvvəl Mingəçevir şəhərindəki qızıl mağazalarından birinə boyunbağı satıb. Dünən isə anası ilə birgə həmin boyunbağını geri almağa gəliblər. Mağazanı işlədən şəxs isə iddialara görə, həmin boyunbağını deyil, başqasını təqdim edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb və Orxan söyüş işlədib. Söyüşdən sonra yan mağazanın sahibi Maarif Əzimov Orxana irad tutub və mübahisə daha da gərginləşib. Nəticədə Orxan Maarifin ayağına bıçaq zərbəsi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən Orxan Cəfərov şübhəli şəxs qismində saxlanılıb və hazırda faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

#