Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, biri dəm qazından, ikisi göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən ikisi anafilaksiya səbəbindən, 12-si allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 28-ni ilan, altısını isə müxtəlif növ həşəratlar sancıb.
Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən yeddisi (üçü kişi, dördü qadın) dünyasını dəyişib.
Azərbaycanda yeddi nəfər zəhərlənib öldü

Cəmiyyət

Twitter”də böyük mətnlər paylaşmaq mümkün olacaq

WhatsApp”da yeni funksiya peyda olub

Bakıda magistral su xəttinin partlamasına görə bəzi avtobusların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ
