Bakı metrosunda eskalator dayandı: Xəsarət alanlar var

Bakı metrosunda eskalator dayandı: Xəsarət alanlar var
# 04.10.2022 11:58
# 74

Bakı metrosunda sərnişinlər xəsarət alıblar.

Carci.Tv xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ barədə məlumatlıdırlar:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

#