Bakıda avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakıda avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanıldı
# 05.10.2022 14:02
# 86

Bakıda sürücü avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 4-ü saat 2 radələrində Səbail rayonunun Salyan şosesində qeydə alınıb.

Belə ki, həmin ərazidə bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Araşdırma aparılır.

#