Bakıda kürəkən qayınatasının evini atəşə tutdu

Bakıda kürəkən qayınatasının evini atəşə tutdu
# 15.07.2022 11:53
# 137

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən iki dəfə atəş açılması barədə məlumat daxil olub.

Daxili İşlər Naziriyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.

Araşdırma aparılır.

#