Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, “Nissan” markalı maşının sürücüsü sükana nəzarəti itirərək dairədə hərəkətdə olan motosikletə çırpılıb. Toqquşma zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı xəsarət alan motosikletçi təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Bakıda minik avtomobili motosikletə çırpılıb, xəsarət alan var - FOTO
 (1).jpg)
İdman

Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb - FOTO

Müxalifət iqtidarı iqtidarda saxladı və ya Ərdoğanın qarşısındakı çətin 5 il
