Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü
# 18.07.2022 12:35
# 98

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən “Koroğlu” metro stansiyası istiqamətdə yerləşən asma körpünün altında qeydə alınıb.

1987-ci il təvəllüdlü Fəhimə Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu kəçən 1958-ci il təvəllüdlü Mərdan Mehdiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#