Bakıda torpaq sürüşməsi olub

Bakıda torpaq sürüşməsi olub
# 29.08.2022 10:20
# 72

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

APA-nın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.

#