Bakıda üç avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

Bakıda üç avtomobil toqquşdu: Xəsarət alan var - FOTO
# 14.12.2022 09:14
# 53

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü yaralanıb.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində, General Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobilinin sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə olan digər iki “Toyota” markalı avtomobil ona çırpılıb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Bir nəfər xəsarət alıb.

Əraziyə çağırılan yol patrul xidmətinin əməkdaşları avtomobillərin yoldan kənarlaşdırılmasını təmin ediblər.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

#