qətlin TƏFƏRRÜATLARI - FOTO
1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında yerləşən Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexində qətl hadisəsi olub. Zavodun hazır məhsullar anbarında olan soyuducuda ayaqları qapı tərəfə, başı əks istiqamətdə, qara rəngli polietilen torbada kişi meyiti aşkar edilib. Meyitə baxış zamanı məlum olub ki, qətlə yetirilən şəxs Masallı rayonunda anadan olan 1953-cü il təvəllüdlü Mübariz Rəsulovdur.
Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon Prokurorluğunda şübhəli şəxs Elnur Abbasov barəsində köhnə Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 109-cu (zorlama) maddəsi və hazırda qüvvədə olan 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi açılıb. Ancaq E. Abbasov gizləndiyi üçün onu istintaqa təhvil vermək mümkün olmayıb.
2022-ci il fevralın 25-də Baş Prokurorluğun yaydığı məlumata görə, 2019-cu il fevralın 12-də Şirvan şəhər Polis Şöbəsindən daxil olan məktubdan görünüb ki, Rusiyanın Voloqda vilayəti üzrə İslah koloniyasında Yaşar Yaqubovdan izahat alınıb. İzahatda həmin şəxs başqa adla cəza çəkdiyini göstərib. Əsl ad-soyadı Elnur Abbasovdur. 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə Bakıda qətl törədib. 2-3 ay Azərbaycanda gizlənib. Şirvanda bərbərxanada olanda 1983-cü il təvəllüdlü Yaqubov Yaşar Yaqubcan oğlunun adına doğum haqqında şəhadətnamə tapıb və sərhədi keçərək, Rusiya ərazisində yaşayıb. Həmin il cinayət işi üzrə icraat təzələnib. Məlum olub ki, 2017-ci ildə Elnur Abbasov Sankt-Peterburq şəhəri, Petroqrad rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə RF CM-nin 162-ci (quldurluq) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.
Bakıda ustanın başını kəsib soyuducuya qoydular: Qandonduran qətlin TƏFƏRRÜATLARI - FOTO
