Baku TV Malatyada: Azərbaycanlı tələbələrin tapılması üçün itlər cəlb olundu -

Baku TV Malatyada: Azərbaycanlı tələbələrin tapılması üçün itlər cəlb olundu -
# 14.02.2023 08:21
# 16

Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışları davam edir.

Baku TV-nin Malatyaya ezam olunmuş müxbiri xəbər verir ki, şəhərin İnönü Universitetinin tələbələri olan azərbaycanlılar - Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevdən 8 gündür ki xəbər yoxdur.

Bildirilib ki, tələbələr ikinci mərtəbədə qalıb. Bina demək olar, toz halına düşüb.

Axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər də cəlb edilib.

#