ABŞ administrasiyası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi halda ABŞ-ın cavabını müzakirə edib.
Bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
“Bununla bağlı müzakirələr olub, lakin nəyi edə biləcəyimiz və edə bilməyəcəyimiz barədə danışmaq məsuliyyətsizlik olardı”, - deyə o bildirib.
ABŞ prezidenti Vladimir Putinin Ukrayna münaqişəsində taktiki nüvə silahından istifadə edəcəyini düşünmür:
“Onun bunu edəcəyini düşünmürəm. Həm də hesab edirəm ki, onun bu barədə danışması məsuliyyətsizlikdir”.
Baydenin fikrincə, Ukraynada taktiki nüvə silahından istifadə “dəhşətli nəticələrə” gətirib çıxaracaq.
Mənbə: CNN
Bayden: “Rusiyanın nüvə silahından istifadəsinə cavabı müzakirə etmişik”

Dünya

İsveç NATO fonduna 923 min dollar köçürəcək

Bezosun keçmiş xadiməsi onu məhkəməyə verdi

İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”
