Bölgələrə leysan yağıb - FAKTİKİ HAVA

Bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
# 06.09.2022 13:06
# 83

Sentyabrın 6-na olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv yağış olub. Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib.

Lənkəranda 29 mm (aylıq normanın 49%-i), Astarada 24 mm (aylıq normanın 48%-i), Zaqatalada 16 mm, Balakəndə 11 mm, Yardımlıda 10 mm, Vəlvələçay-Təngəaltıda 9 mm (Quba), Lerikdə 8 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7 mm, Qubada 5 mm, Sarıbaşda (Qax) 4 mm, Ləzədə 3 mm, Qusar, Kişçayda (Şəki) 2 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1 mm, Abşeron Dəniz rayonunda: Çilov adasında yağış yağıb.

Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s müşahidə olunub, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.

#