Cavanlığ illəri

Cavanlığ illəri
# 11.08.2022 20:18
# 517

Sanki bir yuxutək girdi ömrümə
Bir anda tərk etdi, məni cavanlığ .
Şirin xəyallara qərq edib məni
Parlaq gündüzümü etdi qaranlıq.

Bəzən fikirləşib xəyal edirəm
Bu qədər dərd ilə hara gedirəm
Durub bir nöqtədə dedim bir anlıq
Nə vaxtı ömrümdən getdi cavanlığ

Bəzən ağ saçlara nəzər edərdim
Bəzən gülümsəyib, keçib gedərdim.
Çətindir, gələcək günləri anmaq
Çətindir, Anasız-Atasız qalmaq.


Hüseyn Əsədov
CarciTv-nin təsisçi və direktoru

#