Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off oyununa çıxacaq

Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off oyununa çıxacaq
# 17.08.2022 10:13
# 82

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq.

Carci.Tv xəbər verir ki, Ağdam təmsilçisi Çexiya "Viktoriya"sı (Plzen) ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 23-ü Çexiyada oynanılacaq.

17 avqust

Çempionlar Liqası, pley-offun ilk oyunu

20:45. Qarabağ – Viktoriya (Çexiya)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu

#