Con Kennedinin qohumu Ukraynada döyüşməyindən danışdı: “Ölməyə hazır idim” - FOTO

Con Kennedinin qohumu Ukraynada döyüşməyindən danışdı: “Ölməyə hazır idim” - FOTO
# 22.10.2022 06:57
# 16

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşının nəvəsi Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun üzvü olub.

O, şimal-şərq cəbhəsində döyüşlərdə iştirak edib.

Bu barədə Konnor özü “İnstagram” səhifəsində məlumat verib.

O, ABŞ-a qayıtdıqdan sonra yaşadıqlarından bəhs edib.

Konor Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günlərində Beynəlxalq Legiona könüllü olaraq yazılıb. Qohumları və yaxınları narahat olmasın deyə bu barədə yalnız bir nəfərə danışıb.

Konnorun döyüş təcrübəsi olmayıb. Lakin o etiraf edib ki, tez öyrənib. Üstəlik, amerikalı hətta Ukraynada ölməyə belə hazır olub.

Sonra Konnor Ukraynanın şimal-şərq cəbhəsinə göndərilib.

“Ukraynada qalma müddətim qısa oldu, amma çox şey gördüm və çox şey hiss etdim. Əsgər olmaq gözlədiyimdən də çox xoşuma gəldi. Bu, qorxuncdur. Amma həyat sadədir, cəsarət və yaxşı əməl uğrunda mükafat çox əhəmiyyətlidir. Mənim Ukraynadakı dostlarım niyə evə qayıtmalı olduğumu bilirlər. Qayıtdığım üçün şanslı olduğumu bilirəm, amma getdiyim bütün riskləri yenə də öhdəmə götürməyə hazıram”, - deyə Konnor qeyd edib.

Kennedi həmçini vurğulayıb ki, orada rast gəldiyi insanlar indiyə qədər tanıdığı ən cəsarətli insanlardır.

“Bu müharibə bu əsrdə demokratiyanın taleyini həll edəcək. Hələlik isə mən sizi yalnız kömək etməyə çağırıram. Legiona qoşulun, sərhəddə kömək edin və ya tibbi ləvazimatlar göndərin. Hər gün Ukraynada kimsə davamlı sülh üçün hər şeyi qurban verir. Onlardan təkbaşına hərəkət etməyi tələb etmək olmaz”, - deyə Konnor vurğulayıb.

Mənbə: UNİAN

#