Diqqət! Məhəmmədli qəsəbəsində sakinlər şikayət edir

Diqqət!  Məhəmmədli qəsəbəsində sakinlər şikayət edir
# 26.07.2022 21:13
# 252

Təhsilin formalaşmasını əsas tutan Tam orta məktəblər Bakı şəhərinin bəzi yerlərində fəaliyyət göstərməməkdədir.

Tam orta təhsil müəssisələri Bakı şəhərində əksər rayonlarını geniş şəkildə əhatə etsədə, Abşeron rayonu,Məhəmmədli kəndində yerləşən yeni tikilən massivlərin ətrafında inşa edilməmişdir.

Yaşayış kompleksində minlərlə insanın yaşamağına baxmayaraq, ərazi təhsil üçün müsbət bir vəziyyətə gətirilməmişdir.

Acınacaqlı bu vəziyyəti nəzərə alaraq söyləmək istərdim ki, bu yaşayış massivində onlarla şəhid ailələri, Vətən müharibə əlliləri, Vətən müharibə iştirakçıları və 25 minə yaxın sakin yaşayır.

Şikayətçi qismində olan fəxrimiz, şəhid ailəsi Mətanət Qafarova ərazidə bu cür önəmli bir məsələnin unudulmasından çox gileyləndi.
Sakinlərin söylədiklərinə əsasən, uşaqlar normal bir şəkildə təhsil ala bilmirlər. Təhsildən uzaq qalıblar.

CarçıTv olaraq, Azərbaycan Respublikasının Prezidentinə, Abşeron rayonu İcra Hakimiyyətinə, rayon idarəetmə rəhbərliklərinə səslənmək istəyirik ki, Şəhid ailələrinin səsini eşidib , adıçəkilən ərazidə minlərlə uşağın normal təhsil almağı üçün lazimi tədbirlər görünsün, ərazidə Təhsil müəssisi inşa edilsin.

Mənbə:DövlətTv

#