Etibar Nəcəfov- "II Qarabağ Müharibəsinin Zəfəri" -MÜSAHİBƏ

Etibar Nəcəfov- "II Qarabağ Müharibəsinin Zəfəri"  -MÜSAHİBƏ
# 16.08.2022 22:12
# 99

Etibar Nəcəfov- "II Qarabağ Müharibəsinin Zəfəri" -MÜSAHİBƏ


Azərbaycan ordusu öz perspektiv inkişafı nəticəsində bütün dünyaya öz gücünü sübut etdi. Ali Baş Komandanın siyasi addımları ilə, Ordu dahada ilhamlandı.

Qarabağ uğrunda gedən 44 günlük müharibə zamanı Ermənsitan sarsılmaz zərbələrə məruz qaldı. Məğlub olacağını bildiyi təqdirdə məğlubiyyətə imza atdı və geri çəkildi.
Azərbaycan ordusunun bu hünəri 100 illər boyu, əfsanələrə çevirilib yaşayacaqdır.

Şiddətli müharibə, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsdən sonra müşahidə olunan ən uzun döyüş idi.

30 illik Vətən həsrəti, hər bir əsgərin ürəyində alova dönmüşdür.Gözləri qan dolu idi.
Erməni Faşistlərinin öz tabeçiliyi altında viran günə qoyduqları Qondarma Dağlıq Qarabağ Respublikası ,hal-hazırda abadlaşmaqdadır.

27 Sentyabr 2020 ci ildə başlanan bu müharibə zamanı Azərbaycan Qəhrmanlıq Salnaməsinə yeni bir səhvə açıldı. Şəhidlər vətən sevgisini öz qanları ilə sübut etdilər. 2783 Qəhrəman vətən uğrunda öz canlarından keçdilər. Onlar bizim qəlbimizdə əbədiyyən yaşayacaqlardır.


"Dəmir Yumruq " əməliyyatı tarixin zəfəri oldu. Insanlar doğma yurduna qovuşdu.

Tarixin dərinliklərinə nəzər saldıqda görmək olar ki, Azərbaycan xalqının uzun illər boyu haqqı tapdalanmış, başı hər zaman bəlalı olmuşdur.

Məcburi şəkildə Azərbaycan xalqının dilini, dinini, adət-ənənəsini, mənsubiyyətini dəyişdirməyə çalşsalarda buna heç kim, mane ola bilmədi.
Xalqımız bunları qorudu. Gələcək nəsillərə ötürdü


Hər bir xalq, hər bir dövlət bunu bilməlidir ki , bir ölkədə sevgi, birlik varsa, O ölkəni heç bir qüvvə məğlubiyyətə apara bilməz. Azərbaycan məhz birliyin rəmzini nümayiş etdirdi.




Etibar Nəcəfov
Şuşa qəsəbəsi,Mənzil Kommunal Istismar Sahəsinin rəsi, Nüfuzlu ziyalı,Vətənpərvər insan.

#