“Formula 1” rəhbərliyi Braziliyada bu günlərdə keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşlardan narahatdır.
Təqvimə əsasən, turnirin növbəti mərhələsinin San-Pauluda keçirilməsi nəzərdə tutulub.
Köşə yazarı Pedro Fermin Floresin fikrincə, Braziliyada baş verənlər Beynəlxalq Avtomobil Federasiyası və Qran Prinin birbaşa təşkilatçılarını mərhələnin ləğvinə sövq edə bilər.
Onun sözlərinə görə, bütün tərəflər yarışın San-Pauluda keçirilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl bir neçə gün gözləmək niyyətindədirlər.
Xatırladaq ki, Braziliya Qran Prisi Formula 1-in cari mövsümünün sondan əvvəlki mərhələsidir.
Mənbə: smotrim.ru
Formula 1”in Braziliya Qran-prisi ləğv oluna bilər

İdman

Laçın-Xankəndi yolu: Ötən gün 91 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib

Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCA
