Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra atdı

Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra atdı
# 16.03.2023 07:39
# 9

Bunlar öz razılığım əsasında baş verib. On gün Xırdalan şəhərində kirayə evdə qaldıq. Bu müddətdə Nəriman iş axtarsa da, tapa bilmədi. Sonra dedi ki, Şirvan şəhərinə qayıdım, tanış qızlardan birinin evinə gedim. O iş tapsın, sonra geri qayıtmaq üçün məni çağırsın. Mən də ona inandım”.

“Yalan deməyə başladı”

Nəzrinin ifadəsinə görə, yanvarın 29-da taksilərdən biri ilə Şirvan şəhərinə gəlib, rəfiqəsi ilə danışıb və onun evində qalıb: “Nəriman mənə iş axtardığı barədə yalan deməyə başladı. Sonra da məndən 20 manat istədi. Pulum olmadığını dedi. Rəfiqəm ağladığımı gördü. Mənə 20 manat verdi ki, Nərimana göndərim.

Sonrakı bir gün Nəriman təkrar məndən 25 manat istədi ki, ev tapıb, pulu çatmır. Ona dedim ki, pulum yoxdur. Daha mənə bir söz demədi. Bundan başqa Nərimanla danışığım və ya görüşüm olmayıb.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

#