Gürcüstanda Aİ-nin tələbilə Antikorrupsiya Bürosu yaradılacaq

Gürcüstanda Aİ-nin tələbilə Antikorrupsiya Bürosu yaradılacaq
# 03.11.2022 08:39
# 13

Gürcüstan parlamenti çərşənbə günü keçirilən iclasda birinci oxunuşda Avropa İttifaqının quruma namizəd statusu müqabilində respublikadan tələb etdiyi Antikorrupsiya Bürosunun yaradılmasını nəzərdə tutan sənədlər paketini təsdiqləyib.

Qanun layihəsini 84 deputat dəstəkləyib.

Yeni büronun əsas vəzifəsi korrupsiyaya qarşı mübarizəni təşviq etmək olacaq. İdarəyə hakimiyyət orqanlarına nəzarət səlahiyyətləri veriləcək.

Antikorrupsiya Bürosu parlamentə və korrupsiyaya qarşı mübarizə üzrə idarələrarası şuraya hesabat verəcək. İşlə bağlı illik hesabat verən büro rəhbəri deputatlar qarşısında çıxış edəcək. Büro rəhbəri vəzifəsinə namizədlərin seçimini baş nazir edəcək və onlar parlament tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, Antikorrupsiya Bürosunun yaradılması haqqında qanunun qəbulu ilə Avropa İttifaqı liderlərinin Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi üçün iyunun 23-də keçirilən iclasda müəyyən etdikləri 12 bənddən birinin yerinə yetirilməsi təmin olunacaq.

Mənbə: TASS

#