Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində - 124-cü kilometrliyində qeydə alınıb.
Bakıdan Qaxa gedən iritutumlu marşrut avtobusu yolu keçən piyadanı vurub.
Şəxsiyyəti hələlik məlum olmayan piyada hadisə yerində ölüb.
Faktl bağlı araşdırma aparılır.
Hacıqabulda iritutumlu avtobus ölümə səbəb oldu
.jpg)