"Heç bir region ölkəsi rəqibimiz deyil" - İranlı analitik

"Heç bir region ölkəsi rəqibimiz deyil" - İranlı analitik
# 14.08.2022 01:37
# 422

"İranın rəqibi sayıla biləcək heç bir regional ölkə yoxdur".

CARÇITV"Fars News"a istinadla siyasi analitik Məhəmməd Mərəndi bildirib.

"Yeganə rəqib Amerikadır və İran Vaşinqtonla razılığa gəlməyə hazırdır", – deyə o əlavə edib.

Mərəndi enerji qıtlığına toxunub: "Hazırda İran bazar qiymətinə daha çox neft satır. Beləliklə, çox yaxşı işləyir. Əgər sanksiyalar aradan qaldırılarsa, İran hasilatı artıra bilər.

İranın rəqibi sayıla biləcək heç bir regional ölkə yoxdur. Yeganə rəqibimiz Amerikadır. İsrail və Səudiyyə Ərəbistanı kiçik və zəifdir. İran Qərbi Asiyanın ən qabaqcıl hərbi ölkəsidir. Əgər Vaşinqton həqiqətən Tehranla razılaşma əldə etmək istəyirlərsə, sözlərini əməllə dəstəkləməlidir.

Amerika vəziyyəti gərginləşdirəcək halda deyil. Bunu etsələr, enerji qiymətlərini tavana qədər qaldıracaqlar ki, bu da İranın xeyrinə olur. Onların ağıllı hərəkəti razılığa gəlməkdir. Biz buna hazırıq", – deyə siyasi analitik vurğulayıb.

#