Azərbaycan Respublikası öz daxili və xarici inkşaf prosesini,hər zaman davam etdirməkdədir.
Ölkəmizin ziyalılarından olan hörmətli deputat, *Nizami Cəfərov* bu prosesin dahada genişləndirilməsində böyük rolu olan şəxslərdəndir.
Uğurlu-siyasi yöntəmləri ilə hər zaman xalqımıza, ölkəmizə yüksək töhfələr bəxş etmişdir.Nizami Cəfərov hər zaman xalqın yanında yer alıb.
Nizami Cəfərovun həyat yaradıcılığına nəzər saldıqda yüksək nailiyyətlər,davamlı uğurlar gözəçarpandır.
O,1959-cu ilin 21 sentyabrında Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. 63 illik ömür yolunda, Azərbaycanın yaddaşına adını qızı hərflərlə həkk etdi!
26 yaşında (1985) Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmi işçisi olmuşdur.
1987-ci ildən " Ədəbiyyat və Incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, Filologiya fakültəsinin dekanı,( 1994-2001) vəzifələrində çalışmışdır.
Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri olub.
Yaşadığı ömür yolunda uğurlu qədəmləri ilə, hər zaman dövlətçiliyimizə qürurla xidmət etmiş, Azərbaycan xalqının dirçəlişinə böyük dəstək olmuşdur.
Hal-hazırda Atatürk mərkəzinin direktoru, Azərbaycan Respublikasının deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, 2019-cu ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiridir.
Hörmətli, Nizami müəllim.
Uğurlu işlərinizdə hər zaman müvəffəqiyyətlər arzu edirəm.
*Mətbuat gününüz mübarək olsun* .
Bakı--- 22 iyul 2022
CarçıTv-nin Rəhbəri Hüseyn Əsədov .
Heydər Əliyev Məktəbinin Müdavimi-Nizami Cəfərov
