Heydər oğlu İlhamın zəfəri-Şeir

Heydər oğlu İlhamın zəfəri-Şeir
# 23.07.2022 22:29
# 194

Azərbaycan xalqının vardı gözəl başçısı
Xalqına,millətinə yönəlibdir qayğısı
Onun hər yerişində mən qürur hiss edirəm
Mən onu örnək bilib onun yolun gedirəm

Başçımızın nə gözəl qayda və qanunu var
Heç kim çıxmaz sözündən bir dəfə verər qərar
Təkcə odur bizlərin yanan ümid çırağı
O varikən girəməz vətənimə bir yağı

Xoş sözü, söhbətilə hər ürəyi fəth edər
Hər yerdə öz sözünü hökm,zəhmlə deyər
Tanısın bu Lideri,hörmət eyləsin hamı
Allahım var eyləsin Heydər oğlu Ilhamı


44 gün müddətinə geri döndü Qarabağ
Erməni faşistini qəlbinə çəkdilər dağ
Ucaldı hörmətimiz ,artdı ordumun şanı
Bütün dünya tanıdı Heydər oğlu Ilhamı


Hüseyn Əsədov

CarçıTv-nin Rəhbəri

#