Hüseyn Əsədov - şeir

Hüseyn Əsədov - şeir
# 21.08.2022 12:31
# 292

Söylə həkim, hara getdi görmədiyim cavanlığım
Sübh olmadan başlayıbdır ömrümdəki qaranlığım
Hara baxsam bir mane var tutur sanki sağ-solumu
Hara baxsam bir çətinlik, bağlayıbdır əl-qolumu.
Duymamışkən uşaqlığın o xoş,gözəl cağlarını
Sanki dünya küsüb məndən, həyat kəsib bağlarını.
Yaşamaqmı daha gözəl?Xeyir zatən yaşamırıq
Ölüm Allahın əmri,orda kədər daşımırıq
Çatdım 18 yaşıma,həyat zərbə vurdu mənə
Öz dostlarım,tanışlarım hilə,plan qurdu mənə
Söylə həkim!Neçə gün var,neçə saat var ömrümə?
Niyə belə erkən yağıb, bəyaz olan qar ömürümə?
Hardadır o uşaqlığım qaytar mənə geri onu
Ömür qısa bir sınaqdır, daha bitsin,çatsın sonu!
Ayağımın altındadır qara torpağ hey gəzirəm baxmayıram
Məndən uca,ağ buludlar -əl atıram çatmayıram
Bu nə sirdir ey kainat, bilən varmı bu sirrini?
Hər bir kəsin ,hər canlının Allahdan yoxdur gizlini
Mən şairəm, şikayətim səndədir ey,Qoca dünya
Həqiqətən çox ucasan,ucadanda uca dünya!
Alçağlara gün verirsən yoxmu sənin qəbahətin?
Yoxsul acında qan qusur,bumu sənin ədalətin?


Hüseyn Əsədov
Carçı Tv-nin direktoru

#