Hüseyn Əsədov Şeir

Hüseyn Əsədov Şeir
# 04.09.2022 11:28
# 183

Artığ son günlərim saatlarımdır
Yaşamağ gözəldir,ölməyim həkim
Yardım et nə olar,çünki çətindir
Əzrayıl mələyin görməyim həkim

Yox imiş ölümə sən demə çarə
Xəstəlik Hüseyni eylədi parə
Düşmüşəm yad elə özgə diyarə
Yardım et mənə yük olmayım həkim

Ölsəm olsun,yerim Zeynəb yanında
İstərəm Can verim Aygün qolunda
Jalə bacım olsun sağım solunda
Yaxınlar dərd qəmdən solmasın Həkim

Heç vaxt düşünməzdim,dostlarım gedər
Dar çətin günümdə məni tərk edər
Bu dərdlə yaşamağ ölümdən betər
Axan göz yaşımı silməyin həkim

Hüseyn Əsədov

#