II Elizabetin cənazəsi Londona çatdırılıb

II Elizabetin cənazəsi Londona çatdırılıb
# 14.09.2022 02:34
# 158

Kraliça II Elizabetin cənazəsini daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi Londona çatıb.

Uçuş zolağında təyyarəni Böyük Britaniyanın Baş naziri Liz Trass, müdafiə naziri Ben Uolles, həmçinin Britaniya Hərbi Hava Qüvvələrinin Kral eskadrilyasının komandanlığı və hərbi heyəti qarşılayıb.

Kraliçanın tabutu avtomobilə yükləndikdən sonra dəfn korteji London küçələri ilə Bukingem Sarayına gedib. Burada onu kral III Karl və kraliça Kamilla, həmçinin Uels şahzadəsi Uilyam və Keyt Midlton qarşılayacaqlar.

Tabut monarxın iqamətgahının əsas salonlarından birində nümayiş etdiriləcək. Burada saray əyanları və kral iqamətgahının əməkdaşları II Elizabet ilə vidalaşa biləcəklər.

Sentyabrın 14-də Bukingem Sarayından tabutun Vestminster Sarayına daşınması planlaşdırılır.

Dəfnə qədər kraliçanın cənazəsi orada qalacaq.

Mənbə: lenta.ru

Carci tv
Hüseyn Əsədov

#