İlham Əliyev bir qrup şəxsi “Dostluq” ordeni ilə təltif etdi

İlham Əliyev bir qrup şəxsi “Dostluq” ordeni ilə təltif etdi
# 30.08.2022 11:57
# 89

Özbəkistan Respublikasının bir sıra mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilirlər.

Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər:

İsmayılov Haşimjon;

Nəsirli Əli Heydər oğlu;

Urinbayev Kamoliddin Turdimuratoviç”.

#