İlham Əliyev və Mehriban Əliyeva Füzulidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər

İlham Əliyev və Mehriban Əliyeva Füzulidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
# 27.09.2022 13:06
# 75

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

#