“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin TƏFƏRRÜATI - FOTO

“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin TƏFƏRRÜATI - FOTO
# 08.03.2023 08:06
# 12

2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsində “Uğur” Yaşayış kompleksi, bina 8, mənzil 71-də baş verən qətlin istintaq materialları əldə olunub.

Baş verən qətl hadisəsi ilə əlaqədar hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşları həmin mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Elgün Niftizadə və anası 1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fatma Həmzəyevanın meyiti üzərində 39, Elgün Niftizadənin isə 23 ədəd bıçaq yarası aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, ağır cinayəti Murad Niftizadə törədib. Dekabrın 18-də onun barəsində beynəlxalq axtarış elan edilib.

2 ildən sonra, 2021-ci il oktyabrın 15-də Murad Niftizadə Rusiyanın Saratov vilayəti, Engels rayonu ərazisində həbs olunub. Daha 6 aydan sonra, 2022-ci il martın 10-da Baş Prokurorluq məlumat yayıb ki, saxlanılan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

#