İsrailin baş naziri Yair Lapid diplomatik missiyaların bərpası ilə bağlı xəbərlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
“Baş nazir və prezident bir-birini tam diplomatik nümayəndəliyə qayıtmaq, İsrail və Türkiyədəki səfir və baş konsulları bərpa etmək qərarına görə təbrik ediblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə hökuməti İsraillə diplomatik münasibətləri bərpa etmək və yeni səfir təyin etmək qərarına gəlib.
İsrailin baş naziri səfirliklərin bərpasından sonra Ərdoğanla danışıb

Dünya

İsveç NATO fonduna 923 min dollar köçürəcək

Bezosun keçmiş xadiməsi onu məhkəməyə verdi

İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”
