İtaliya Sardiniyada yaşamaq istəyənlərə 15 min avro təklif edir

İtaliya Sardiniyada yaşamaq istəyənlərə 15 min avro təklif edir
# 25.08.2022 10:06
# 82

İtaliyada Sardiniya adasının yerli hökuməti orada daimi yaşamağa razı olan insanlara 15 min avro qrant veriləcəyini elan edib.

Bu yolla hakimiyyət adanın əhalisinin azalması və bununla bağlı iqtisadi tənəzzülü dayandırmağa çalışır.

Muxtar bölgənin rəhbəri Kristian Solinas bildirib ki, Sardiniya buraya köçən və burada ailə həyatı qurmağa qərar verənlər üçün münbit zəmin olacaq.

O əlavə edib ki, əkinçilik olmadan adanın iqtisadiyyatı inkişaf etməyəcək.

Qrant layihəsinin Sardiniyanın boş qalmış kənd ərazilərini bərpa edəcəyi gözlənilir. Qrantlar yalnız alıcı Sardiniyada ev aldıqda və ya təmir etdikdə veriləcək. O, əhalisi 3000 nəfərdən az olan qəsəbədə məskunlaşmalıdır.

Qeyd edək ki, son illər ərzində Sardiniya gəncləri kütləvi şəkildə İtaliyanın böyük şəhərlərinə axışırlar.

Mənbə: gazeta.ru

#