xəritəsi”nin müzakirəsi gedişində praktiki addımlarla həll etsin.
İkincisi, Rusiya ABŞ-ın təşəbbüsü qarşısında nələr edə bilər?
Moskva Vaşinqtondan sonra nazirlərin görüşünü təşkil etmək niyyətindədir. Rusiyanın təsiri nə qədər zəifləsə də, “sülhməramlı” timsalında Qarabağda mövcudluğu separatçılığın ləğvi, reinteqrasiya prosesi və erməni silahlı dəstələrinin çıxarılması kimi rıçaqları əlində saxlamaq imkanı verir və bundan Bakıya qarşı istifadə edə bilər. O cümlədən, 44 günlük müharibədən sonra Qazaxın anklav ərazisində rus qoşunlarının yerləşdirilməsi delimitasiya prosesinə müdaxilə imkanını da yaradır.
Lakin üçtərəfli razılaşmaların işləmədiyi, Laçın yoluna postun qurulması ilə de-fakto arxa plana keçməsi və bunun Qərbin bölgədə önə çıxmasına şərait yaratması fonunda Moskva “korrekt gedişi” edə bilər: Qarabağda Bakının hakimiyyətini tanıya, Zəngəzur dəhlizində İrəvanın istəklərinə uyğun ortaq nöqtələrin tapılması ilə bağlı təkliflər verə bilər;
Lavrovun sonuncu Ankara səfərində Qarabağ məsələsini müzakirə etməsi də rusların bölgədə müharibədən sonrakı situasiyanı – Türkiyə-Rusiya tandemini – yenidən aktuallaşdırmaq istəyindən xəbər verirdi. Və bütün bunların fonunda Çin amilinin geosiyasi mənzərədə aktivləşməsi proseslərin inkişafına təsir edə biləcək amildir.
Laçın postundan Vaşinqtona uzanan döyüş

İdman

Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb - FOTO

Müxalifət iqtidarı iqtidarda saxladı və ya Ərdoğanın qarşısındakı çətin 5 il
