Macarıstan ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Macarıstan ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
# 15.07.2022 10:44
# 66

Macarıstan Silahlı Qüvvələrinin döyüş hazırlığını artırıb.

Bu çərçivədə silahların genişmiqyaslı tətbiqi ilə hərbi təlimlər və qoşunların hərəkətliliyi nəzərdə tutulur.

Bu barədə Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovniçki məlumat verib.

“Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsi çərçivəsində hərbçilər əsas texnika və silahlardan istifadə, eləcə də bununla bağlı komanda hərəkətləri üzərində daha intensiv çalışacaqlar”, - deyə nazir bəyan edib.

O, vurğulayıb ki, macar xalqının təhlükəsizliyi hökumət və Müdafiə Nazirliyi üçün prioritet olaraq qalır.

“Şərq qonşumuzun ərazisində dayanmayan müharibə gedir və qaçaqmalçılar tərəfindən təşkil edilən qeyri-qanuni miqrantların axını cənubdan getdikcə daha aqressiv şəkildə ölkəmizi təhdid edir. Biz hadisələri qabaqlamalıyıq”, - deyə nazir Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması əmrinin səbəbini izah edib.

Həmçinin o, bildiirb ki, Müdafiə Nazirliyi müharibənin Macarıstan sərhədinə çatmayacağına əmindir. Lakin hakimiyyət buna hazırlaşmaq üçün əlindən gələni edir.

Mənbə: unian.net

#