Mehman Səfərli,Qabil Rəhimov- Təhsilin Tanınan Simaları

Mehman Səfərli,Qabil Rəhimov- Təhsilin Tanınan Simaları
# 01.09.2022 18:09
# 107

Azərbaycan Respublikası son 30 ildə təhsilin mükəmməl bir səviyyəsinə yüksəlmişdir.. Buna səbəb ölkəmizdə yüzlərlə təhsil müəssisələri və şərəfli peşənin sahibləri ,müəllimlərdir.

Bakı Şəhərində yerləşən 155-saylı Tam orta məktəbə nəzər saldıqda təhsilin hansı inkşaf prosesində olduğunu daha dəqiq görmək olar.
Təhsil sahəsinin sevilən simalarından olan, 155 nömrəli məktəbin fəxri müəllimlərindən olan Mehman Səfərli və Qabil Rəhimov öz peşəsini qürula yerinə yetirməkdən zövq alır.

Şərəfli bir peşənin təmsilçisi olan bu şəxslər hər zaman daxili mövqeyində şagirdlərin daha üstün,daha ideal şərtlər altında təhsil almasının tərəfdarıdırlar .

Mehman Səfərli: 155 nömrəli məktəbin Bədən Tərbiyəsi müəllimidir. Çalışdığı uzun müddət ərzində,1000-lə şagirdin sevgisini qazanmışdır.

Söyləydiyi hər sözü-söhbəti bir nəsihət olaraq şagirdlərin yaddaşına həkk olunmuşdur. Yüksək əxlaqi dəyərləri özündə cəmləşdirən Mehman müəllim, birinci və ikinci Qarabağ döyüşlərində ordumuzun yanında olmuş,ölkəmizə,xalqımıza maddi və mənəvi yardımlar etmişdir.
Hər iki Qarabağ Müharibəsi Veteranıdır.
Şagirdlərlə yaratdığı qısa dialoq belə vətənpərvərlik sevgisini dahada ilhamlandırmağa yetərlidir. Atdığı hər bir qürurlu addım dövlətçiliyimizə bir numunədir. Mehman Səfərli öz işinin peşakarıdır.


Qabil Rəhimov: 155 nömrəli tam orta məktəbin Hərbi müəllimdir.

24 illik fəaliyyəti dövründə xalqımıza, dövlətimizə, şagirdlərimizə yüksək töhflər vermiş şagirdlərin vətən sevgisi ilə maarifləndirməsi üçüb əlindən gələn dəstəyi göstərimişdir.
Xalq və dövlət qarşısında unudulmaz addımları ilə şagirdlərin yaddaşında xüsusi bir iz buraxmışdır.

Dövlətimizə, xalqımıza, milli mənsubiyyətimizə, dəyərləmizə, mentalitetlərimizə, xalqın rifahına xüsusi hörmət ilə yanaşan bu cür müəllimlər, hər zaman xalq tərəfindən xüsusi sevgiyə layiqdirlər.
Bizim borcumuz Mehman müəllim, Qabil müəllim kimi vətənsevər, öz işində məsuliyyətli şəxsləri xalqa tanıtmaqdır.
Dövlət xalq qarşısında Xidmətləriniz unudulmazdır!

Hüseyn Əsədov
CarçıTv-nin direktoru .

#