Meksikada narkobaronun tutulmasında iştirak edən 14 nəfər helikopter qəzasında öldü

Meksikada narkobaronun tutulmasında iştirak edən 14 nəfər helikopter qəzasında öldü
# 16.07.2022 13:16
# 189

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Black Hawk” helikopteri şimaldakı Sinaloa ştatında qəzaya uğrayıb.

Hadisə nətcəsində 14 nəfər həlak olub.

Helikopterdə ümumilikdə 15 nəfər olub, onlardan biri sağ qalıb, həmin şəxsə tibbi yardım göstərilir.

Təbii fəlakətin səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Hərbi Dəniz Qüvvələrinin hesabatında vurğulanır ki, qəza narkobaron Rafael Karo Kinteronun iyulun 15-də həmin əyalətdə həbs edilməsi ilə bağlı deyil.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador isə “Twitter” hesabında məlumat verib ki, Sinaloada qəzaya uğrayan Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin göyərtəsində olan əsgərlər narkobaronun tutulmasında iştirak ediblər.

Meksika Hərbi Dəniz Qüvvələri 1985-ci ildə ABŞ narkotik agentini öldürməkdə təqsirli bilinən və sərbəst buraxıldıqdan sonra gizlənən Kinteronu ələ keçirdiklərini bildirib. Narkobaronun həbsi Hərbi Dəniz Qüvvələrinin mesajında ​​“Meksika və ABŞ hüquq-mühafizə orqanlarının böyük qələbəsinin nəticəsi” adlandırılır.

KİV meksikalı rəsmiyə istinadən xəbər verir ki, Kintero ABŞ-ın təzyiqi ilə həbs edilib.

Mənbə: İnterfaks

#