Mərdəkan qəsəbə Icra Nümayəndəliyinin ŞAH ƏSƏRİ

Mərdəkan qəsəbə Icra Nümayəndəliyinin ŞAH ƏSƏRİ
# 26.07.2022 13:14
# 1554

Mərdəkan Icra Nümayəndəliyinin "Şah Əsəri"


Mərdəkan qəsəbəsində, Şəhid Ceyhun Nəhmətovun abidəsinə yaxın ,mərkəzi yola kənarı olan ərazi məşiət tullantısına qərq olub.

Bu cür səhlənkarlıqlar ilk görünüşdə utancvericidir.

Xəzər rayonu İcra Hakimiyyəti Mərdəkan qəsəbə üzrə İcra Nümayəndəliyinin tərkibində olan bu əraziyə adıçəkilən qurum tərəfindən laqeyd şəkildə nəzarət edilir .
Bu kimi,və ya bu cür səhlənkarlıqlar bəzi məsuliyyətsiz idarə rəhbərlərinin "ŞAH ƏSƏRİDİR "

Faktiki olaraq qeyd etmək istərdim ki, tullantılarla əhatə olunmuş bu ərazi Şəhid Ceyhun Nəhmətov Abidəsinin yaxınlığındadır.


Carçı.Tv-olaraq Respublikada baş vermiş bu cür hadisələri, Azərbaycan Respublikasının Prezidentinin görməsi üçün var gücümüzlə səy edəcəyik.

Biz hər zaman Xalqımıza, Dövlətçiliyimizə layiqincə xidmət etməkdən qürur duyuruq.
Yaşasın Ali Baş Komandan,Yaşasın Müzəffər Azərbaycan Ordusu.

Hüseyn Əsədov
CarçıTv

#