Məşhur müğənni konserti yarımçıq tərk etdi

Məşhur müğənni konserti yarımçıq tərk etdi
# 17.07.2022 09:58
# 63

Türkiyənin sevilən müğənnilərindən olan Nükhet Durunun Bodrumdakı konserti yarımçıq bitib.

Belə ki, iki saat davam etməsi planlaşdırılan konsertində o, cəmi 50 dəqiqə ifa edib.

Mahnılari ilə onu sevənlərinin ürəyini fəth edən müğənni heç bir açıqlama vermədən qəfil səhnəni tərk edib. Müğənni və meneceri ilə əlaqə saxlamaq mümkün olmayıb - onlar zənglərə cavab verməyiblər.

İzləyicilər müğənninin bu hərəkətinə bir məna verə bilməyiblər. Onlar bunu sənətçiyə yaraşdırmadıqlarını qeyd ediblər.

Mənbə: Sondakika

#