Millimiz böyükhesablı qələbə ilə qrup ikincisi oldu

Millimiz böyükhesablı qələbə ilə qrup ikincisi oldu
# 26.09.2022 09:38
# 84

Dünən milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Carci.Tv xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.

Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin etmişdisə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparırdı. Oyun millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz tarixində ilk dəfə ardıcıl 3 matçda meydanı qələbə ilə tərk edib.

Xallarını 10-a çatdıran yığmamız qrupu 2-ci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya Belarusu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Slovakiya 7 xalla 3-cü, Belarus isə 3 xalla qrup sonuncusu olub.


25 sentyabr

Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup

20:00. Azərbaycan – Qazaxıstan - 3:0

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”

#