Mixail Qorbaçov öldü

Mixail Qorbaçov öldü
# 31.08.2022 11:40
# 119

Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov 92 yaşında vəfat edib.

Bu barədə Moskva Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

“Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib”, - Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

Mənbə: lenta.ru

#