Moskvaya uçan təyyarə Bakıya təcili eniş etdi: Ölən var

Moskvaya uçan təyyarə Bakıya təcili eniş etdi: Ölən var
# 01.08.2022 16:15
# 143

“Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib”.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

“Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib”, məlumatda qeyd edilib.

#