ABŞ-ın Kosmik Agentliyinin (NASA) “Artemis” missiyasının təxirə salınan ilk buraxılışının yeni tarixi açıqlanıb.
Məlumata görə, növbəti buraxılış şənbə gününə nəzərdə tutulub.
Bazar ertəsinə planlaşdırılan əməliyyatın ləğv edilməsinə səbəb raketdəki dörd mühərrikdən birində aşkar olunan temperatur problemi olub.
Mühəndislər tərəfindən nasazlığın səbəbi araşdırılıb. Onlar problemin həlli üçün yeni strategiya hazırlaya biləcəklərini qeyd ediblər. Bildirilib ki, bu strategiya geri sayımın əvvəlində mühərrikin soyutma prosesinin başlamasını nəzərdə tutur.
Mənbə: CNNTürk
NASA-nın uçuşu təxirə düşən raketinin buraxılış tarixi açıqlandı: Aya doğru növbəti cəhd

Dünya

İsveç NATO fonduna 923 min dollar köçürəcək

Bezosun keçmiş xadiməsi onu məhkəməyə verdi

İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”
