"Neftçi" Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Carci.Tv xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda "Rapid"i (Vyana) qəbul edib.
"Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
4 avqust
21:00. "Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya) 2:1
Qol: Ataa Caber, 44, Kenni Sayef, 61 - Quido Burqştaller, 90+5
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç
"Bakcell Arena" stadionu
"Neftçi" Bakıda "Rapid"ə qalib gəldi - Video
.jpg)
İdman

Laçın-Xankəndi yolu: Ötən gün 91 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib

Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCA
